Kadırov Putinə “Kadırov ordeni” verdi

Kadırov Putinə “Kadırov ordeni” verdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın ən yüksək mükafatı – “Kadırov ordeni” ilə təltif edilib.

AzerTimes xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Çeçenistan Respublikasının ən yüksək mükafatı – bir nömrəli Əhməd Hacı Kadırov adına ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə verildi”, – Kadırov Teleqram kanalında yazıb.

O, 2007-ci ildə sərəncamı imzalandığını, lakin “Cümhuriyyətin bərpasında əvəzsiz xidmətləri olan” və “ən çətin dövrdə xalqa dəstək olan” şəxsə mükafatın verilməsi üçün heç bir münasib fürsət olmadığını deyib.

O qeyd edib ki, mükafat bütün region sakinlərinin minnətdarlığıdır.

Teqlər: