Kadırov Putindən qisas almalıdır, bizdən yox

Kadırov Putindən qisas almalıdır, bizdən yox

Çeçenistan rəhbəri Rusiyadan qisas almalıdır, Ukraynadan deyil.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Kadırov Moskvadan, şəxsən Putindən qisas almalıdır, Ukraynadan deyil. Çeçenləri ruslar öldürüb və məhv ediblər. Çeçen torpağına əsarət gətirən, minlərlə qadın və uşağı qətlə yetirilən və işgəncələrə məruz qoyan, şəhərləri dağıdan, əcdadlarının məzarlarını murdarlayan ruslar idi. Qroznını sakinləri ilə birlikdə yerlə bir edən ukraynalılar deyildi, rus tankları idi. Çeçen xalqı bunu yaxşı xatırlayır, kimsə unudubsa, xatırlaması lazımdır”, – Danilov bildirib.

Qeyd edək ki, Ukraynanın Moskvaya 25-yə yaxın dronla hücum etməsinə cavab olaraq Kadırov Kiyevdən qisas alacağını açıqlayıb.

Teqlər: