Kadırov növbəti hərbi birləşməni Ukraynaya yolladı

Kadırov növbəti hərbi birləşməni Ukraynaya yolladı

Könüllülərin olduğu daha bir xüsusi reys Qroznıdan xüsusi əməliyyat zonasına yollanıb.

AzerTimes xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Rusiya Qəhrəmanı Əhməd Hacı Kadırov adına Qroznı Hava Limanından xüsusi əməliyyat zonasına könüllülərin olduğu daha bir xüsusi reys uçdu. Onlar xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Rusiyanın müxtəlif yerlərindən Qroznıya gəliblər”, – Kadırov bildirib.

Kadırov hərbçilərin Qudermesdəki xüsusi təyinatlılar universitetində hazırlıq keçdiklərini deyib.

Teqlər: