Kadinin maaşı, “Qarabağ”a ödənilən məbləğ açıqlandı

Kadinin maaşı, “Qarabağ”a ödənilən məbləğ açıqlandı

“Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borgesin Rusiya təmsilçisindəki maaşı müəyyənləşib.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi yeni klubunda illik 2 milyon avro qazanacaq. Bu, onun “Qarabağ”dakı qazancından azı 3 dəfə çoxdur. Kadinin Ağdam klubundan ayrılmasında onun şəxsi müqaviləsində maaşının çoxluğu əsas rolu oynayıb.

Qeyd edək ki, Kadinin “Krasnodar”a keçidi ötən gün rəsmən açıqlanıb. Qeyri-rəsmi məlumatlara görə, “Krasnodar” “Qarabağ”a 5 milyon avro təzminat ödəyəcək. Bu isə Azərbaycan futbol transferi tarixində yeni rekorddur. Braziliyalı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Xatırladaq ki, Kadi 2021-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, bu mövsüm 31 oyunda 8 qol vurub və 11 qolun ötürməsini verib.

Teqlər: