Kabildə tədris müəssisələrinin yaxınlığında partlayışlar törədilib

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş iki partlayış
nəticəsində azı 6 nəfər həlak olub.

Trend-in
məlumatına görə, daha iki nəfərin xəsarət aldığı deyilir.

Qeyd olunur ki, partlayışlar paytaxtın qərbində törədilib.
Partlayışın biri təhsil mərkəzinin, digəri məktəbin yaxınlığında
baş verib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.