Kabildə sutka ərzində altıncı partlayış baş verib

Kabildə daha bir partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə yerli “1TV” telekanalı xəbər yayıb.

Hadisə hava limanından 3-4 km aralıda olub.

Bildirilir ki, bu, Əfqanıstanın paytaxtında son sutkada törədilən altıncı partlayışdır. Nəticədə, 12 amerikalı hərbçi də daxil olmaqla ən azı 60 nəfər ölüb. Taliban hadisəni kəskin qınayıb və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Teqlər: