Kabildə partlayışlar zamanı ən azı 28 Taliban üzvü həlak olub

Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb.

AzerTimes-ın məlumatına görə bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən xəbər yayıb.

“Amerikalılardan daha çox insan itirdik”, – Taliban sözçüsü deyib və Əfqanıstandan xarici qoşunların çıxarılması müddətini uzatmaq üçün heç bir səbəb görmədiyini vurğulayıb.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan Taliban hadisəni şiddətlə qınayıb və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.