Əfqanıstanın paytaxtı Kabilin beşinci rayonunda Pedaqoji Universitetin yaxınlığındakı yolda partlayış baş verib, yaralananlar var.
AzerTimes-ın məlumatına görə, bu barədə “Aamaj News” informasiya agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Məlumatda qeyd olunub: “”Taliban” hökumətinin Daxili İşlər Nazirliyi bildirib ki, yol kənarındakı minanın partlaması nəticəsində iki mülki şəxs yaralanıb”.
Ölkədə fəaliyyət göstərən silahlı qruplardan heç biri insidentə görə məsuliyyəti üzərinə götürməyib.