Kabildə güclü partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış olub.

AzerTimes-ın məlumatına görə, bu barədə hadisənin şahidlərinə istinadən “Aamaj News” agentliyi xəbər yayıb.

Məlumata əsasən, pertlayış paytaxtın Dehmazanq rayonunda, sərhəd polisinin qərargah binasının qarşısında baş verib.

Şahidlərin sözlərinə görə, xəsarət alanlar var.

Digər təfərrüatlar barədə məlumat verilmir.