Kabil hava limanında izdiham və atışma nəticəsində 40 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabilin hava limanında izdiham və atışma nəticəsində 40 nəfər ölüb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu “Taliban”ın hava limanında olan komandiri deyib.

Onun sözlərinə görə, insanlar “xarici qüvvələr tərəfindən odlu silahdan istifadə” və izdiham nəticəsində ölüblər.

“Taliban”ın nümayəndəsi insanları hava limanına gəlməməyə çağırıb.