Kabil aeroportunda atışma olub, ölən və yaralananlar var

Kabil aeroportunda Əfqanıstan təhlükəsizlik qüvvələri ilə naməlum şəxslər arasında baş verən atışmada bir polis əməkdaşı öldürülüb.

AzerTimes-ın məlumatına görə, daha 3 nəfər yaralanıb.

Qeyd edilir ki, Almaniya və Amerika hərbçiləri də hadisə yerində olub, lakin onlardan xəsarət alan yoxdur.