Kabil aeroportuna raket atılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanda Kabil beynəlxalq hava limanı raket atəşinə tutulub.

AzerTimes-ın məlumatına görə, hava limanı istiqamətində 5 raket buraxılıb, onlardan biri hədəfə çatıb.

Qeyd olunur ki, digər raketlər hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Zərbə nəticəsində xəsarət alanların olmadığı deyilir, hər hansı bir fəsad barədə məlumat verilməyib.