Jurnalistlərin Füzuliyə səfəri başlayıb (FOTO)

Füzuli. Aslan Məmmədli – Trend:

Bir qrup media nümayəndələrinin Füzuli rayonuna növbəti səfəri başlayıb.

Jurnalistlər səfər çərçivəsində rayon ərazisində həyata keçirilən infrastruktur layihələri ilə tanış olacaqlar. Trendin Qarabağ bürosunun xəbərinə görə, media işçiləri Füzuli Beynəlxalq Hava limanının tikintisi, daha sonra isə Füzulidən Şuşaya çəkilən Zəfər yolunun inşası prosesini izləyəcəklər.

Çəkiliş qrupumuzun hazırladığı videoreportajları yaxın saatlarda təqdim edəcəyik.

Teqlər: