Jurnalistlər Heydər Əliyev adına Ali Hərbi Məktəbə səfər ediblər – Trend TV-nin reportajı (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Media nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfər ediblər.

Trend TV-nin məlumatına görə, səfər zamanı məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.

Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrindəki tədris prosesi, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da tanış olublar.


Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.

Teqlər: