Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.
AzerTimes xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyinin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.