Jurnalist canlı yayımda qarət olundu (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Ekvadorda jurnalist canlı yayım zamanı qarət olunub.

AzerTimes-ın məlumatına görə, Quayas şəhərində jurnalist futbol matçı ərəfəsində reportaj edərkən silahlı şəxs onlara yaxınlaşıb və mobil telefonlarını tələb edib.

Müxbirin və operatorun telefonlarını alan şəxs motosikletlə hadisə yerindən uzaqlaşıb.

Polis qarətçinin axtarışlarını davam etdirir.