Kaluqa vilayətinin Jukovski rayonuna PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bunu Kaluqa vilayətinin rəhbəri Vladislav Şapşa deyib.
“Jukovski rayonunun Strelkovka kəndi ərazisinə PUA düşüb. İlkin məlumata görə, xəsarət alan yoxdur. Hadisə yerində xüsusi xidmət orqanları işləyir”, -Şapşa bildirib.
Qeyd edək ki, Strelkovka Sovet İrrifaqı marşalı Georgi Jukovun doğulduğu kənddir.