Jukovski-Bakı reysi gecikir, sərnişinlərin daşınması üçün başqa təyyarə göndəriləcək

Jukovski hava limanından Bakıya yerinə yetirilən “Buta Airways” aviaşirkətinin J2 9982 nömrəli reysi texniki səbəbdən gecikir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, reysə 174 sərnişin qeydiyyatdan keçib. Onların daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək:

“Hava limanında olan və yola düşməyi gözləyən sərnişinlər içki və yeməklə təmin ediləcəklər”.

Teqlər: