Jorjinyo ötən mövsümün ən yaxşı futbolçusu

Avropada 2020/2021 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

AzerTimes-ın məlumatına görə, bu ada İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Jorjinyo layiq görülüb.

İtaliaylı oyunçu fransalı yarımmüdafiəçi və komanda yoldaşı N Qolo Kanteni və “Mançester Siti”nin futbolçusu Kevin De Bröyneni qabaqlayıb.

Jorjinyonun 29 yaşı var, ötən mövsümdə futbolçu “Çelsi”nin tərkibində Çempionlar liqasının qalibi olub.

Teqlər: