“Johnson & Johnson” şirkəti koronavirus peyvəndinin istehsalını dayandırıb

ABŞ-ın “Johnson & Johnson” şirkəti koronavirusa qarşı vaksinin istehsalını dayandırıb.

Trend xəbər verir ki, bu barədə bu barədə ” The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Hollandiyanın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir: fasilədən sonra zavodda vaksinin istehsalı bərpa olunacaq. Şirkət Leydendə dərman istehsalına mart ayında yenidən başlamağı planlaşdırır.


Mənbənin verdiyi məlumata görə, istehsalda fasilə vaksinin tədarükünü bir neçə milyon doza azalda bilər.