Bakıda qadın özünü metro qatarının altına atdı

Xəbər - Samir Əli – Trend:

Bakıda metroda hadisə baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə “Azadlıq prospekti” metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib.

Axşam saat 21:54 radələrində stansiyada “olan sərnişinlər arasında olan orta yaşlı bir qadın qatar yoluna düşüb. Dərhal stansiyanın qatar yolunda gərginlik dayandırılıb və sərnişin qatar yolundan çıxarılıb.

İlkin ehtimalla qadının intihara cəhd etdiyi bildirilir.

Faktı AzerTimes-a Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. O bildirib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Teqlər: