“Johnson & Johnson” Fransaya peyvəndlərin ilk partiyasını apreldə göndərəcək

ABŞ-ın “Johnson & Johnson” korporasiyası koronavirusa qarşı peyvəndlərin ilk partiyasını Fransaya aprel ayında göndərmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsi zamanı korporasiyanın baş elmi mütəxəssisi Pol Stoffels deyib.

P.Stoffels bildirib: “Peyvəndimizin ilk partiyasının Avropa və Fransaya aprelin ortalarında gəlməsini gözləyirik. Yayın sonuna qədər Aİ ilə 200 milyon doza peyvənd tədarükü barədə razılaşmamızın böyük hissəsini yerinə yetirəcəyimiz gözlənilir”.


Qeyd edək ki, Fransada koronavirusa qarşı vaksinasiya kampaniyası ötən il dekabrın 7-si başlayıb.

Ötən gün Fransanın baş naziri Jan Kasteks özünün “Twitter” səhifəsində artıq 5 milyon fransalının koronavirusa qarşı peyvənd olunduğunu bildirmişdi.