Japarov: Əliyevin səfəri strateji tərəfdaşlığın məntiqi davamıdır

Japarov: Əliyevin səfəri strateji tərəfdaşlığın məntiqi davamıdır

Bizim qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və fəaliyyət alqoritmini, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Biz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud olan və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq.

AzerTimes xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.

Prezident İlham Əliyevin Bişkekə səfərini Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirən Qırğızıstan Prezidenti qeyd edib ki, məhdud tərkibdə görüşdə əməkdaşlığın çox mühüm məsələləri müzakirə edildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi.

Ticari-investisiya əməkdaşlığından danışan Prezident Sadır Japarov deyib: “Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir”.

Teqlər: