İzyumda kütləvi məzarlıq aşkarlandı

İzyumda kütləvi məzarlıq aşkarlandı

İzyum şəhəri yaxınlığındakı meşədə 400-dən çox insanın cəsədinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

AzerTimes xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

“Biz indicə meşədə 400-dən çox insanın cəsədinin basdırıldığı qəbiristanlığın fotoşəkillərini dərc etmişik. Buçada olduğu kimi, hər bir cəsədi ekshumasiya etmək lazım gələcək. İzyum yaxınlığındakı qəbiristanlıqda dəfn edilən 400-dən çox insanın hər birinin ölüm şəraitini müəyyən edəcəyik”, – Geraşenko bildirib.

O qeyd edib ki, ümumilikdə İzyumda işğal zamanı ölənlərin sayı 1000 nəfərə çata bilər:

“Bu, Buçadakından iki dəfə çox olacaq. Əlbəttə, biz hər şeyi yoxlayacağıq. Rusiyanın zərbələri nəticəsində üç mərtəbəli binanın iki girişi uçub. Yerli sakinlərin sözlərinə görə, dağıntıları sökmək əmri verildikdə, uçqundan 47 nəfərin cəsədi aşkarlanıb”.

Teqlər: