İyul ayının sonuna qədər təxminən 300 milyon amerikalı koronavirusa qarşı peyvənd olunacaq – ABŞ prezidenti

ABŞ-da iyul ayının sonuna qədər 300 milyon amerikalını yeni koronavirusa qarşı peyvənd etmək üçün kifayət qədər vaskin ehtiyatları var.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Cozef Bayden Milli Səhiyyə İnstitularında çıxış edərkən bildirib.

C.Bayden qeyd edib: “İyul ayının sonunadək 300 milyon amerikalı üçün kifayət qədər [peyvənd] ehtiyatına sahib olmaq yolundayıq”.


2019-cu ilin məlumatlarına görə, ABŞ-da 328,2 milyon insan yaşayır.