Çində “BBC World News” telekanalın yayımı qadağan edilib

Çin tənzimləmə agentliyi Böyük Britaniyanın “BBC World News” televiziya və radio şirkətinin fəaliyyətinə qadağa qoyub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Bildirilib ki, televiziya kanalı Çində teviziya və radio yayım siyasətini ciddi şəkildə pozub:

“Xarici kanal olaraq Çində yayımlanmaq üçün müəyyən edilmiş tələbi yerinə yetirmədiyi üçün “BBC World News”un Çində fəaliyyətinə davam etməsinə icazə verilmir”.