IX Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin birinci iclası keçirilib (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2022-ci ildə Azərbaycanın
paytaxtı Bakıda “Qlobal Dayanıqlıq və Əməkdaşlıq” möbzusunda
keçiriləcək IX Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin 1-ci
iclasını keçirib.

Mərkəzdən AzerTimes-a verilən
məlumata görə, Gürcüstanın Baş nazirinin müavini Eka
Tkeşelaşvilinin sədrliyi ilə keçirilən görüşə Mavrikiyanın
2015-2019-cu illərdə prezidenti Ameenah Qurib-Fakim, Latviyanın
2007-2011-ci illərdə prezidenti Valdis Zatlers, Bosniya və
Herseqovinanın 2001-2002 Baş naziri, 2012-2015 Baş nazir müavini
Zlatko Laqumdziya, 2005-2010 Ukraynanın birinci xanımı Katerina
Yuşşenko, 2008, 2009-2011 Belçikanın Baş naziri Yves Leterme,
Robert F Kennedi İnsan Hüquqları Fondun Prezidenti Kerri Kennedi,
2006-2009 İsrail Xarici İşlər Naziri Tzipi Livni, 2001-2011 Ərəb
Liqasının Baş Katibi Amre Moussa, Amerika Xarici Siyasəti üzrə
Milli Komitəsinin prezidenti Syuzan Elliott, ABŞ-ın Azərbaycandakı
keçmiş səfiri Robert Sekuta və NGIC-in baş katibi Rövşən Muradov,
NGIC baş katibinin müavini İlahə İbrahimli qatılıb.

Qlobal səhiyyə idarəçiliyi, iqlim dəyişikliyi, miqrasiya,
Qarabağ və Balkanlarda münaqişədən sonrakı təcrübələr, Avropanın
enerji təhlükəsizliyi və daha dayanıqlı dünyanın necə qurulması
müzakirə mövzularından olub.

Teqlər: