Mütəxəssislərin fikrincə, Atlantik okeanının sularında yoxa çıxan “Titan” sualtı avtonom gəmisinin ekipajı daha 40 saata yaxın hava ehtiyatına malikdir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsinin nümayəndəsi Ceyson Frederik deyib.
“Hazırda bizim 40-41 saat vaxtımız var”, – o bildirib.
Qeyd edək ki, sualtı qayığın yoxa çıxdığı ərazi ABŞ-ın yurisdiksiyasında olduğu üçün axtarış əməliyyatlarına ABŞ Sahil Mühafizəsi rəhbərlik edir.
Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq dünən Atlantik okeanında itib.