İtkin düşən 65 yaşlı qadının meyiti tapıldı

İtkin düşən 65 yaşlı qadının meyiti tapıldı

Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti tapılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızının avqustun 15-də itkin düşməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın meyiti bu gün axşam saatlarında Məlikkənd kəndindəki su kanalında aşkarlanıb. Onun özünə qəsd etdiyi ehtimal edilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Teqlər: