İtkin düşən 13 yaşlı qız ailə qurmaq üçün qaçıbmış

İtkin düşən 13 yaşlı qız ailə qurmaq üçün qaçıbmış

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun AzerTimes-a verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”, – məlumatda bildirilir.

Teqlər: