İtaliyanın yeni XİN başçısının ilk zəngi bu ölkəyə oldu

İtaliyanın yeni XİN başçısının ilk zəngi bu ölkəyə oldu

İtaliyanın yeni xarici işlər naziri Antonio Tayaninin ilk telefon danışığı ukraynalı həmkarı Dmitri Kuleba ilə olub.

AzerTimes xəbər verir ki, bu barədə Dmitri Kuleba Tvitter səhifəsində yazıb.

“Mən Antonio Tayaninin İtaliyanın xarici işlər naziri kimi mənimlə ilk telefon danışığını keçirməsini yüksək qiymətləndirirəm. Bu, yeni hökumətin prioritetləri barədə aydın siqnaldır. Mən ona uğurlar arzuladım”, – Kuleba bildirib.

Teqlər: