İtaliyanın keçmiş prezidenti öldü

İtaliyanın keçmiş prezidenti öldü

İtaliyanın sabiq prezidenti, 2006-2015-ci illərdə dövlət başçısı vəzifəsində çalışmış Corco Napolitano 98 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat verib.

Qeyd edək ki, İtaliya Kommunist Partiyasının keçmiş lideri olan siyasətçinin səhhəti pisləşmişdi. Son aylarda o, Roma klinikasında müalicə olunurdu.

Teqlər: