İtaliyanın ən çox axtarılan ikinci cinayətkarı Braziliyada həbs ediblər

İtaliyalı cinayətkar, “Ndranqeta” adlı Kalabriya mafiyasının üzvü Rokko Morabito Braziliyada İtaliyanın hüquq-mühafizə orqanları, ABŞ-ın FTB və Ədliyyə Nazirliyinin birgə əməliyyatı zamanı həbs olunub.

AzerTimes-ın məlumatına görə, bu barədə Repubblica qəzeti xəbər verib.

Bildirilib ki, mafiya fəaliyyəti, narkotik ticarəti və digər cinayətlərdə ittiham olunan 1966-cı il təvəllüdlü R.Morabito 1994-cü ildən bəri axtarışdadır və İtaliyada ən çox axtarılan 10 cinayətkardan biridir.


Qəzet qeyd edib ki, həmin cinayətkar Sisiliyanın “Cosa nostra” mafiyasının başçısı sayılan Matteo Messina Denarodan sonra ikinci yerdə olub. 2017-ci ildə Uruqvayda həbs olunduğuna baxmayaraq, 2019-cu ildə o yerli həbsxanadan qaçmağı bacardı.