İtaliyanın ən böyük aviaşirkəti bağlanır

Xəbər - Orxan Nəbiyev -Trend:

İtaliyanın ən iri aviaşirkəti olan “Alitalia” bu gün sonuncu reysini həyata keçirəcək.

Trend-in məlumatına görə, aviaşirkət müflisliklə əlaqədar oktyabrın 15-dən fəaliyyətini dayandıracağını elan edib.

Şirkətin sonuncu reysi bu gün axşam saatlarında Kalyari şəhərindən Romaya baş tutacaq.

Qeyd olunur ki, sabahdan etibarən “Alitalia”nın yerinə İtaliya hökumətinin qərarı ilə yaradılmış ITA (İtaliya Hava Nəqliyyatı) aviaşirkəti fəaliyyət göstərəcək. Müflis olmuş aviaşirkətin 52 təyyarəsi və 2,5 min əməkdaşı ITA-nın sərəncamına keçəcək.

“Alitalia” aviaşirkəti 1946-cı ildə yaradılıb.