İtaliyada SES-də partlayış: ölənlər var

İtaliyada SES-də partlayış: ölənlər var

İtaliyanın Bolonya şəhərinin yaxınlığında su elektrik stansiyasında (SES) baş vermiş partlayışda dörd nəfər ölüb, beş nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin ANSA agentliyi məlumat yayıb.

Daha üç nəfərin itkin düşdüyü bildirilir.

Partlayış zamanı stansiyada ümumilikdə 15 nəfər olub. Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb.

Teqlər: