İtaliyada mafiyaya qarşı əməliyyat – 20-dən çox saxlanan var

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın Siciliya vilayətində mafiya mənsublarınq qarşı xüsusi əməliyyat keçirilib.

AzerTimes-ın məlumatına görə, əməliyyat nəticəsində “Koza Nostra” təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Saxlananlar arasında iki polis əməkdaşı, eləcə də hüquqşünas var.

Araşdırma nəticəsində məlum olub ki, mafiya rəhbərləri son iki il ərzində hüquqşünasın ofisində görüşlər keçirirmiş.

Həmçinin, saxlanan polis əməkdaşlarının həbsdə olan mafia başçılarına məlumat ötürdükləri müəyyən edilib.