İtaliyada keçirilən Avropa prokurorlarının konfransı başa çatıb (FOTO)

İtaliyanın Palermo şəhərində Avropa Prokurorlarının Konfransı
işini ətraf mühitlə bağlı cinayətlərin araşdırılmasında
prokurorların rolu və virtual mühitdə maliyyə cinayətlərinin
istintaqında hüquqi yardımın göstərilməsi mövzularında davam
etdirib.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, səfər çərçivəsində Baş
prokuror Kamran Əliyev Avropa Şurasının Baş katibi Mariya
Peyçinoviç Buriç, Türkiyə, İsveçrə, Almaniya, Estoniya, Xorvatiya,
Gürcüstan və sair ölkələrin prokurorluq xidmətlərinin rəhbərləri və
digər nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər
keçirib, mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri
müzakirə edilib.

Tədbirin sonunda İtaliya Prezidenti Serco Matarella, hökumət
üzvləri, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə
mafiya üzvlərinin mühakimə olunduqları məhkəmə binası “Aula
Bunker”də 20-ci əsrin sonlarında mafiyaya qarşı qətiyyətli mübarizə
aparmış və vəzifə səlahiyyətlərinin icrası ilə bağlı 1992-ci ildə
qətlə yetirilmiş prokuror, hakim və polis əməkdaşları, o cümlədən
Covanni Falkone, Françeska Morvillo və Paolo Borsellinonun
xatirələri yad edildi.

Teqlər: