İtaliyada atışma baş verib – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın şimal-şərqindəki Triyest şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 8 nəfər yaralanıb.

Qeyd olunur ki, atışma iki qrup arasında münaqişə zəminində baş verib. Polis əməkdaşları atəş açanlardan iki nəfəri saxlayıb. Saxlanma zamanı da atışma qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib.