İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq

İtaliyada 2022-ci ilin birinci yarısında 5 yaşdan kiçik uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanıla bilər.

AzerTimes-ın məlumatına görə, bunu “Sky tg24” telakanalının efirində İtaliyanın Dərman Agentliyinin (Aifa) prezidenti Corco Palu deyib.

C.Palo jurnlistin müvafiq sualına cavabında bildirib: “Bu, təbii ki, mümkündür”.


O əlavə edib ki, ABŞ-ın “Moderna” və “Pfizer” şirkətləri artıq kiçik uşaqların peyvənd olunması üzrə sınaqlar keçirirlər: “Düşünürəm ki, bu, bir neçə ayın məsələsidir”.

Qeyd edək ki, dekabrın 16-dan İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılır.