İtaliyada 20 minlik portret oğurlandı

İtaliyada 20 minlik portret oğurlandı

İtaliyanın Milan şəhərində “Permanente” muzeyində italiyalı alim Alessandro Voltanın portreti oğurlanıb.

AzerTimes xəbər verir ki, bu barədə muzeydən məlumat verilib.

Bildirilib ki, şəhər polisi muzeydə olmuş bütün şəxsləri müəyyən edib, portreti oğurlayanların axtarışları aparılır.

Qeyd edək ki, 1840-cı ildə rəssam Qabriel Rottini tərəfindən yaradılmış portretin dəyəri 20 min avro məbləğindədir.

Teqlər: