İtaliya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq

İtaliyanın maliyyə naziri Daniele Franko ölkənin Ukraynaya əlavə
200 milyon avro yardım göndərəcəyini açıqlayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Il Sole 24 Ore” qəzeti bildirib.

“Qarşıya çıxacaq başqa bir məsələ bərpadır, görüşlərdə kimsə
Ukrayna üçün Marşal planından danışıb”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun iclaslarında və
müxtəlif forumlarda Ukrayna böhranının iqtisadi nəticələrindən
tutmuş inflyasiyaya qədər “hazırda son dərəcə aktual olan”
məsələlərə toxunulub.

Teqlər: