İtaliya təyyarəsi dənizə düşdü

İtaliya təyyarəsi dənizə düşdü

İtaliyanın Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter Typhoon” tipli döyüş təyyarəsi Siciliya adasının qərbində dənizə düşüb.

AzerTimes xəbər verir ki, təlim uçuşu həyata keçirdikdən sonra Siciliya adasındakı “Trapani Birgi” hava limanındakı bazaya qayıtmaqda olan təyyarə ilə əlaqə kəsilib. Qırıcı təyyarənin aviabazanın 8 mil cənub-şərqində dənizə düşdüyü bildirilib. Helikopterlər vasitəsilə ərazidə pilotun axtarış-xilasetmə işləri aparılır.

Təyyarənin naməlum səbəbdən qəzaya uğradığı bildirilib.

Teqlər: