İtaliya şirkət TAP-la bağlı gəlirlərini açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

İtaliyanın “Snam” şirkətinin 2021-ci ilin ilk 9 ayı ərzində Trans-Adriatik boru kəmərindən (TAP) xalis mənfəəti 49 milyon avro təşkil edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, şirkət hesabat dövründə ümumilikdə 212 milyon avro xalis mənfəət əldə edib:

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz çoxdur. Mənfəət artımı, əsasən xarici assosiativ şirkətlərin töhfəsi, xüsusilə də TAP (49 milyon avro), ADNOC Gas Pipelines (17 milyon avro) və “Industrie de Nora” (11 milyon avro) hesabına əldə olunub”.

Qeyd edək ki, Trans-Adriatik boru kəməri ilə Avropaya qaz nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: