İtaliya Rusiyaya getməməyə çağırdı – Yeni terakt?

İtaliya Rusiyaya getməməyə çağırdı – Yeni terakt?

İtaliyanın xarici işlər naziri Antonio Tajani yenidən ölkə vətəndaşlarını Moskvaya getməməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə o, RAİ2 kanalının efirində deyib.

“Bir milyona yaxın italyan Pasxa tətilləri üçün xaricə səyahət edəcək. Biz həmişə demişik ki, Moskvaya planlaşdırılan səfərləri təxirə salmaq daha yaxşıdır, əgər kimsə artıq Moskvadadırsa, izdihamlı yerlərdən uzaq olsun. Biz bunu martın 8-dən deyirik”, – o bildirib.

Qeyd edək ki, 7 martda ABŞ öz vətəndaşlarına Rusiyaya getməmək çağırışı etmiş və bunu təhlükəsizliklə əlaqələndirmişdi. ABŞ-ın ardınca bu çağırışa Böyük Britaniya və İtaliya da qoşulmuşdu.

22 martda “Krokus Siti Holl”da teraktın baş verməsindən sonra ABŞ-ın bu çağırışı xatırladıldı. ABŞ terrorla bağlı Rusiyaya məlumat verdiyini açıqladı. FTX isə bildirdi ki, bu, ümumi məlumat olub, konkret heç nə deyilməyib.

Teqlər: