İtaliyada rəsmi yazışmalarda ingilis dilindəki sözlərdən istifadə qadağan oluna bilər.
AzerTimes xəbər verir ki, bununla bağlı hökumət qanun layihəsi hazırlayıb.
Sənəddə qanunu pozanların 5 min avrodan 100 min avroyadək cərimələnməsi nəzərdə tutulur.
Qeyd edək ki, İtaliyada iqtidarda olan İtaliya Qardaşları Partiyası Mussolinidən sonra hakimiyyətə gələn ilk ifrat sağcı hökumət hesab olunur.