İtaliya-Azərbaycan Universiteti gələn ildən fəaliyyətə başlayacaq

Tələbələr 2023-cü ildən İtaliya-Azərbaycan Universitetinin
proqramı üzrə təhsil alacaqlar.

AzerTimes-ın məlumatına görə,
bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını
cavablandırarkən deyib.

“Tərəfdaş universitetlər tezliklə birgə təhsil proqramının
yaradılması ilə bağlı danışıqları yekunlaşdıracaq və ümid edirik
ki, tələbələr 2023-cü ildən onları öyrənəcəklər”, – Bayramov
bildirib.

Nazir qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq Azərbaycan və
İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir.

Qeyd edək ki, bu gün Bakıda ADA Universitetinin kampusunda
İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi
keçirilib.

Teqlər: