Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb

Azərbaycan Ermənistanla danışıqlara həmişə açıqdır.

AzerTimes-ın məlumatına görə,
bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını
cavablandırarkən deyib.

“Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllini bir
daha müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkəmizin bu məsələyə
münasibəti hər kəsə məlumdur. Ermənistanın da öz mövqeyini
bildirmək şansı olacaq”, – Bayramov bildirib.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev,
Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl
Mişel arasında Brüsseldə görüş keçiriləcək.

Teqlər: