İsveçrədə “meymun çiçəyi” xəstəliyə ilk yoluxma halı qeydə alınıb

İsveçrədə “meymun çiçəyi” xəstəliyə ilk yoluxma halı
aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə
İdarəsinin “Twitter” səhifəsində bildirilib.

“Hazırda Avropa və Amerikada “meymun çiçəyi” xəstəliyinin
yayılması qeydə alınıb. İlk hal İsveçrədə də təsdiqlənib (Bern
Kantonu)”, – deyə açıqlamada bildirilir.