“Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın qalibi olub

Türkiyənin “Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın
2021/2022-ci il mövsümünün çempionu olub.

Trend xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Stark
Arena”da keçirilən final matçında “Anadolu Efes İspaniyanın “Real
Madrid” klubunu 58-57 hesabı ilə məğlub edib.

Bununla da “Anadolu Efes” ardıcıl iki mövsüm Avropa
basketbolunun bir nömrəli kubokuna yiyələnib.

Yunanıstanın “Olimpiakos” klubundan 84-74 hesabı ilə üstün olan
İspaniyanın “Barselona” klubu isə mövsümü üçüncü pillədə
tamamlayıb.

Teqlər: