İsveçrədə hərbi təyyarə qəzaya uğrayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İsveçrədə Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə zamanı təyyarənin pilotu katapult edərək xilas ola bilib.

Qeyd olunur ki, hadisə təlim uçuşu zamanı baş verib. Qəzaya uğrayan F-5 təyyarəsi F/A-18 təyyarəsi ilə birgə təlim tapşırıqları yerinə yetirirdi.


Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.